Biletin tipi Qiymət Say
Güzəştli bilet 2.00 AZN
Daimi Ziyarətçilər Qrupu 10.00 AZN
Standart 15.00 AZN
Ümumi məbləğ: 0 AZN

Siz Mərkəzin kassasından (və ya elektron satış sistemindən) əldə etdiyiniz bu biletlə Mərkəzdəki Klassik Avtomobil Sərgisi istisna olmaqla, Heydər Əliyev Muzeyi və digər bütün sərgilərlə tanış ola bilərsiniz. ( Klassik Avtomobil Sərgisinə bilet ümumi bilet sisteminə daxil olmadığı üçün bu sərgiyə bilet ayrı satılır.)

Heydər Əliyev Muzeyi
http://heydaraliyevcenter.az/#7_Muzey

Hazırkı sərgilər
http://heydaraliyevcenter.az/#4_Tedbirler_all3

ÖDƏNİŞSİZ ZİYARƏTLƏR

Aşağıdakı kateqoriyalardan olan Azərbaycan vətəndaşları Mərkəzdəki muzey və sərgiləri ödənişsiz ziyarət edə bilərlər:

  • Milli qəhrəmanlar
  • Şəhid ailələri
  • 6 yaşına qədər uşaqlar
  • Uşaq evləri və internat məktəblərində yaşayan uşaqlar

Bu kateqoriyalardan olan şəxslər Mərkəzin binasına daxil olarkən nəzarətçilərə müvafiq təsdiqedici sənədi təqdim etməlidirlər.

GÜZƏŞTLİ BİLET

Aşağıdakı kateqoriyalardan olan Azərbaycan vətəndaşları “Güzəştli bilet”ə sahib ola bilərlər:

  • Müharibə veteranları,
  • I və II qrup əlillər,
  • Hərbi qulluqçular,
  • Şagird, tələbə, hərbi məktəblərin müdavimləri,
  • Azərbaycan Respublikasının yaşı 65-dən yuxarı olan vətəndaşları

“Güzəştli bilet”dən istifadə qaydaları:

  • Yuxarıdakı kateqoriyadan olan şəxslər “Güzəştli bilet”i yalnız öz adına ala və ondan yalnız özü istifadə edə bilər.
  • Heydər Əliyev Muzeyinə və ya hər hansı bir sərgiyə bir şəxs yalnız bir “Güzəştli bilet” ala bilər.
  • “Güzəştli bilet” əldə etmək hüququ olan şəxslərin Heydər Əliyev Mərkəzində nəzarətçiyə elektron biletlə yanaşı, aid olduqları kateqoriya barədə müvafiq təsdiqedici sənədi təqdim etməsi mütləqdir.

“DAİMİ ZİYARƏTÇİLƏR QRUPU”

Heydər Əliyev Mərkəzində muzey və sərgilərə endirimli bilet əldə etmək üçün “Daimi Ziyarətçilər Qrupu”na üzv ola bilərsiniz.

“Daimi Ziyarətçilər Qrupu”üzvü olmaq üçün əsas şərtlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmaq;
  • Qeydiyyatdan keçmək (Mərkəzin kassasında müvafiq blank formasını dolduraraq).

“Daimi Ziyarətçilər Qrupu”nun üzvləri:

  • Heydər Əliyev Mərkəzində təşkil olunan muzey və sərgilərə biletləri endirimli şərtlərlə (10 manata) almaq imkanları əldə edəcəklər;
  • Heydər Əliyev Mərkəzinin kassaları vasitəsilə və ya onlayn qaydada, yalnız onlara verilmiş qeydiyyat nömrələrini təqdim etməklə biletləri guzəştli şərtlərlə əldə edə biləcəklər;
  • Gələcəkdə keçiriləcək layihə və tədbirlər (konsert, tamaşa, sərgi və s.) barədə əvvəlcədən məlumatlandırılacaqlar (sms və e-mail vasitəsilə).
  • Qeydiyyatdan keçmiş üzvlərə qeydiyyat nömrəsi verilir.
  • Qeydiyyatdan keçmiş şəxsin məlumatları (ad, soyad, təvəllüd, telefon nömrəsi, e-mail) Heydər Əliyev Mərkəzinin “Daimi Ziyarətçilər Qrupu”nun elektron bazasında saxlanılır.

“Daimi Ziyarətçilər Qrupu” üzvlüyündən istifadə qaydaları:

  • “Daimi Ziyarətçilər Qrupu”nün üzvü endirimli bileti yalnız öz adına ala və ondan yalnız özü istifadə edə bilər.
  • “Daimi Ziyarətçilər Qrupu”nun üzvü Heydər Əliyev Muzeyi və sərgilərə yalnız bir endirimli bilet ala bilər.
  • Heydər Əliyev Mərkəzində nəzarətçiyə elektron biletlə yanaşı, şəxsiyyətinizi təsdiq edən sənəd və “Daimi Ziyarətçilər Qrupu”na üzvlük kartını təqdim etməyiniz mütləqdir.