Mərkəzin parkinqi, 3-cü mərtəbə

Biletin tipi Qiymət Say
Standart 10.0 AZN
Ümumi məbləğ: 0 AZN

Heydər Əliyev Mərkəzində nümayiş olunan Klassik Avtomobil Sərgisində XIX əsrin sonlarından başlayaraq müxtəlif ölkələrdə istehsal olunmuş 60-dək nadir avtomobil nümayiş etdirilir.

Ekspozisiyada, həmçinin müxtəlif dövrlərə aid yanacaqdoldurma qurğuları, yol nişanları, avtomobillər haqqında nəşrlər, eləcə də arxiv materialları əsasında hazırlanan videoçarxlar təqdim olunur.

Bu sərgi Azərbaycan Avtomobil Federasiyası, Almaniyanın “Classic Remise” və Fransanın Milli Avtomobil (Şlumpf kolleksiyası) muzeylərinin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib.

Ziyarətçilər sərgini izləməklə nəqliyyat vasitələrinin istehsalı tarixinə ekskursiya edəcək, avtomobil sənayesinin ayrı-ayrı inkişaf mərhələləri ilə tanış ola biləcəklər.